Cümə axşamı , Mart 28 2024
azfa

Urmiya zindanında koronavirusun geniş yayılması məhbusların həyatını təhlükəyə salıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya zindanında koronavirusun geniş yayılması nəticəsində çox sayda məhbusun bu infeksiyaya yoluxduğu bildirilir. Məhbuslardan bəzilərinin xəstəxanaya yerləşdirildiyi söylənilir.

Həbsxana məsulları bazar günü virusa yoluxmuş 24 məhbusun səhhəti ağırlaşdığı üçün onları  şəhərin xəstəxanasına aparmağa məcbur olublar. Lakin belə ağır vəziyyətin olmasına baxmayaraq rejim koronavirusun qarşısını almaq üçün heç bir tədbir görmür. Üstəlik koronavirusun zindanda yayılmasını da ört-bsdır edir.

Həmçinin aprelin 12-də virusa yoluxmuş daha 4 məhbus həbsxanadan xəstəxanaya köçürülüb və onlardan Ənvər Baqirzadə adlı məhbus vəfat edib.

Xəstəxanaya aparılan məhbuslar Urmiya zindanının 3-cü və 4-cü bölmələrində saxlanılır. Bu bölmələrdə isə təxminən 500 nəfər məhbus saxlanılır və artıq onları həyatı ciddi təhlükə qarşısındadır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın