Urmiyada gənclər Türkiyəyə dəstək məqsədilə əsgər salamı verdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən noyabr ayının 3-də Urmiyada Təbrizdə olduğu kimi Traxtur futbol komandasının tərəfdarlarından sonra minlərlə azərbaycanlı gənc Türkiyənin terrorla mübarizəsinə dəstək məqsədilə əsgər salamı verdilər.

Azərbaycanlı gənclər bazar günü Urmiyanın Şəhrdari komandası ilə Tehranın “Saypa” komandası arasında qarşılaşmada Türkiyəyə dəstək məqsədilə əsgər salamı verib və “Nə mutlu türküm deyənə” şüarı səsləndiriblər.

 Urmiyada stadionda azərbaycanlı gənclər həmçinin Azərbaycan türkcəsində təhsil tələbilə “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarları səsləndiriblər.

Gənclər xanımların stadiona gəlmə haqqını müdafiə edərək, “Azərbaycan qızları – Göylərin ulduzları” şüarı da səsləndiriblər.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın