Cümə axşamı , Aprel 25 2024
azfa

Urmiyada türkcə çəkilən “Atabay” filmi böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada bazar günü Urmiyada  nümayiş olunan “Atabay” filminin biletləri bir neçə dəqiqə içində satılıb.

Qara bazarda belə bilet axtaranlar olub. Atabay filminin ekranlaşdırıldığı “İran” sinema salonunda boş yer tapmaq mümkün olmayıb.

Qeyd edək ki, 38-ci Beynəlxalq Fəcr Film Festivalının müsabiqə bölümünə getməyi bacaran “Atabay” filminin mətbuat konfransı maraqlı məqamlarla yadda qalıb. Filmin türk dilində çəkilməsinə etiraz edən bir irqçi fars jurnalist filmin ssenaristi və rejissoru ilə mübahisə edib və filmin türkcə çəkilməsinə etiraz etmişdir.

Rejissor Niki Kərimi isə bu suala olduqca kəsərli cavab verib: “Kim deyib biz təkcə fars dilində film çəkməliyik? Onsuz da filmlərin 90 faizi bu dildə çəkilir” Filmin Xoydan olan ssenaristi Hadi Hecazifər jurnalistin faşistcə düşüncələrini tənqid edərək, türk dilinə dəstəyini göstərib. Hicazifərin türk dilinə bu cür sayqı ilə yanaşması Azərbaycan milləti tərəfindən də böyük alqışa səbəb olub. Bu olay “Atabay” filminə marağın daha da artmasına səbəb olub.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın