Urmiyadan millət vəkili məktəb və universitetlərdə türk dilinin tədrisini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərindən olan millət vəkili Salman Zakir Azərbaycan türkcəsinin məktəb və universitetlərdə tədris olunmasını, eləcə də Türk Dil Qurumunun təsis edilməsini tələb edib.

Zakir yerli sayta müsahibəsində İran konstitusiyanın 15-ci maddəsinin icrasının zəruri olduğunu bildirib.  

Salman Zakir deyib: “Konstitusiyanın 15-ci maddəsi bütün etnik qruplara aiddir. İranda ən böyük etnik qrupun dili isə türk dilidir  və bu dildə medianın fəaliyyət göstərməsi üçün 15-ci maddənin icra olunması, eləcə də Fars Dili Akademiyası ilə yanaşı Türk Dili Akademiyasının yaradılması zəruridir”. Qeyd edək ki, irqçi fars rejim 100 ilə yaxındir ölkənin çoxluqda olan türklərini müstəmləkə vəziyyətinə salaraq, onların dili və mədəniyyətini qadağan edib. Ən qəddar üsullarla Azərbaycan türklərini assimliyasiyaya uğradıb bir millət kimi məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın