Cümə , Aprel 19 2024
azfa

Uyğurları öz yurdunda soyqırıma məruz qoyan Çin utanmadan ABŞ-ın qərarına da etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Türküstanda uyğur türklərini cismi və mənəvi soyqırım və zülmə məruz qoymaqla bəşəriyyətə qarşı görünməmiş cinayəti törədən Çin rejimi utanmadan ABŞ-ın müsəlman və məzlum uyğurları himayə məqsədilə qəbul etdiyi qərara da etiraz edir.

Bəşəriyyətə qarşı cinayət törədib, bir millətin öz doğma yurdunda nəslini kəsməyə çalışan Çin ABŞ Konqresinin Nümayəndələr Palatasında Çinin Şərqi Türküstan Uyğur Muxtar Rayonu ilə bağlı aktın qəbul olunmasına hiddətini və sərt etirazını bildirib.

Çin rejimi utanmadan bir millətin nəslini kəsmə uğrunda törətdiyi bəşəriyyətə qarşı cinayəti terrorzimlə mübarizə kimi qələmə verib, ABŞ başda olmaqla sivil dünyanın bu bəşəriyyətə qarşı cinayətinə etirazı “terrorizmə” qarşı mübarizəyə ləkə gətirmə adlandırıb.

Qeyd edək ki, dekabrın 3-də ABŞ Konqresi Nümayəndələr Palatası “Uyğur müdaxiləsi və qlobal humanitar vəhdət cavabı aktı – 2019” adlı sənəd qəbul edib. Sentyabrın 11-də isə ABŞ Senatı 2019-cu il üzrə “Uyğur insan hüquqları siyasəti aktı” adlı sənədi təsdiqləmişdi.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın