Şənbə , Aprel 20 2024
azfa

Xəzər dənizi ilə bağlı iclas keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 19-20 iyul 2018-ci tarixlərində Moskva şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.

Azərbaycan Respublikasını sessiyada Ekologiya və Təbii Sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya zamanı “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb.  Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.

Qeyd edək ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.

 

 

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın