Şənbə , Aprel 20 2024
azfa

Xəzərin statusuna dair növbəti iclası irqçi fars rejim keçirə bilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası İranda keçirilməyəcək.

Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

“İran texniki məsələlərlə bağlı növbəti iclası keçirə bilmədi. Görüşün Rusiyada keçiriləcəyi barədə razılığa gəldik. Hazırda hazırlıq işləri davam edir”, – o deyib.

Xatırladaq ki, Xəzər dənizi üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası bu ilin fevralında Bakıda keçirilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın