Cümə , Aprel 19 2024
azfa

Xamenei ərəblərlə körfəzdəki mübahisəli adaları məskunlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei ərəblərlə ixtilaflı olan Bəsrə körfəzindəki adalarda qəsəbə qurulması üçün təlimat verib.

Terrorçu sepah-ın komandanı Əli Rza Təngsiri bu barədə “Fars” informasiya agentliyinə açıqlamasında məlumat verib.

“Milli Fars Körfəzi Günü” münasibətilə Bəsrə körfəzindəki vəziyyəti qiymətləndirən komandan ABŞ ordusunun bölgədəki sabitliyi pozduğunu iddia edib. O qeyd edib ki, ABŞ-ın buradakı varlığı İranın təhlükəsizliyini təhdid edir. ABŞ-a aid döyüş gəmiləri Bəsrədə böyükmiqyaslı fəlakətə yol aça bilər. İran isə bölgədə sabitlik yaratmaq üçün adalarda qəsəbələr qurulmasını istəyir.

“Fars körfəzindəki adalarda qəsəbə infrastrukturlarını yaradaraq adaları insanların yaşayışı üçün hazır vəziyyətə gətirməyi planlaşdırırıq. Bu, insanların adalarda yaşamasına dair Xamenei tərəfindən verilən təlimatdır”.

Qeyd edək ki, körfəzdə İranın nəzarətində olan adaların bir çoxunda yaşayış var.

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın