Bazar ertəsi , İyul 13 2020
azfa

Xamenei qeyri-farsların problemindən danışmağı özünə təhlükə hesab etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei mayın 27-də 11-ci çağırış məclisin açılışı münasibətilə göndərdiyi mesajda “etnik mənsubiyyət və bölgələr əsasında qruplaşmanı” məclis üçün təhlükəli hesab etdiyini açıqlayıb.

Ə.Xameneinin rəsmi internet səhifəsində bu barədə deyilir: “Şəxsi və partiya maraqlarını gündəmə gətirmək, işdə səhlənkarlıq, eləcə də sağlam olmayan etnik, regional və tayfa mənsubiyyəti əsasında qruplaşma ciddi təhlükədir”.

Xamenei beləliklə irqçi fars-molla rejimi tərəfindən onsuz da zülm və ayrıseçkiliyə məruz qalan qeyri-farsların hər hansı probleminin gündəmə gətirilməsinə belə qarşı çıxıb.

Molla rejiminin cinayətkar rəhbəri türk millət vəkillərinin bir fraksiyada birləşməsinə də beləliklə qarşı olduğunu açıq şəkildə elan etmiş oldu.

Həmçinin yoxlayın

Rejim irqçilik simvolu olan Firdovsinin heykəlinin götürülməsi xəbərini yayan azərbaycanlı jurnalisti həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepahının təhlükəsizlik bölməsi irqçilik …

GADTB başqanı sayın Əjdər Tağızadənin Ermənistanın Azərbaycana yeni hərbi təcavüz faktını pisləməsinə dair bildirişi

GADTB: İşğalçı Ermənistanın Azərbaycan Respublikasının 20 faizdən çox ərasizini işğalda saxlaması bəs deyil, indi də …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir