Cümə , Aprel 19 2024
azfa

Xocalı rayonunda işğalçı Ermənistan ordusuna ağır zərbə endirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusu dəqiq atəş zərbəsi nəticəsində Xocalı rayonunda yerləşən Ballıca məntəqəsində yerləşən ermənilərə məxsus mərkəzi silah-sursat anbarı məhv edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı. Həmin bölgədən Azərbaycan bir sıra yaşayış yerləri və dinc sakinlərinin ermənilər tərəfindən atəşə tutulduğu bildirilir.

Eyni zamanda işğalçı Ermənistan silahlı qüvvələrinin daha bir polkovnik-leytenantı Artur Qalstyan Azərbaycan Ordusunun sərrast atəşi ilə məhv edilib.

 “Dəhşət” ləqəbli A.Qalstyanın məhv edilməsi barədə Ermənistan Milli Məclisinin birinci vitse-prezidenti Vahe Enfiacyan özünün “Facebook”dakı səhifəsində bildirib.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın