Cümə axşamı , Mart 28 2024
azfa

Xristianların müsəlmanlara hərbi təcavüzünü pislədiklərinə görə həbs edilən fəallar terrorçu Sepah-ın təcridxanasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlı terrorçu sepahın ETTELAAT bölməsinə köçürüb və yalan etiraflar üçün işgəncə edilirlər.

Azərbaycanlı fəallar Rəhim və Sədullah Sasani 5 gün əvvəl Təbriz zindanından terrorçu Sepah-ın təcridxanasına köçürülüblər.

Azərbaycanlı fəallar Yasəmin Zəfəri, Həkimə Əhmədi və Məqsud Fəzli Çimənzəmindən isə 6 gündür ki heç bir məlumat verilmir. Həmin milli fəalların da terrorçu Sepah-ın təcridxanasına köçürüldüyünü ehtimal edirlər.

Rejimin məmurları iyulun 23-də Yasəmin Zəfərinin evinə, iyulun 25-də isə Rəhim və Sədullah Sasaninin evlərinə hücum edərək, axtarış aparmış və fəalların şəxsi əşyalarını müsadirə edərək, aparmışlar.

Tehranda Ermənistan səfirliyi qarşısında keçirilən aksiyada rejimin iyulun 16-da yaxaladığı Həmid Cabbarlının vəziyyətindən də məlumat verilmir.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın