Cümə axşamı , Aprel 25 2024
azfa

Yardımlıda beş min illik kurqanlar tapılıb – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycanın Yardım bölgəsində arxeoloji qazıntılar zamanı beş min illik tarixi olan kurqanlar tapılıb. Bölgənin Komanı yaylağında Erkən Tunc dövrünə aid növbəti kurqan qazılır.

Kür-Araz mədəniyyətinə aid beş min illik tarixi olan kurqanın dərinliyi iki metrə yaxındır. Eyni arealda yerləşən fərqli ölçülü kurqanlarda müxtəlif dəfn adətlərinə rast gəlinir. Bu kurqanda isə insan yarımbükülü vəziyyətdə dəfn edilib.

Onun ətrafından heyvan cəmdəyi və sümükdən hazırlanan iy (toxuculuq aləti) başlığı tapılıb. Bu da bölgədə maldar tayfaların geniş şəkildə yayılmasını sübut edir.

Arxeoloji ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, Yardımlının dağlıq ərazilərindən sonra aran hissəsindəki abidələrin də tədqiqinə başlanılacaq.

Qeyd edək ki, son illərdə Yardımlı rayonu ərazisində beşdən artıq kurqan tədqiq olunub.

Videoya aşağıdakı linkdən baxmaq olar:

https://baku.tv/az/cemiyyet/9956/

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın