Cümə axşamı , Aprel 25 2024
azfa

“Yaşmaq” kitablarının Təbrizdə birinci sərgisi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Yaşmaq” türkcə kitablarının Təbriz şəhərində birinci sərgisi keçiriləcək.

Sərgi Təbrizdə Şahnaz yolunun Əhrab küçəsindəki “Mehr Amuzgar” müssisəsində, hər gün saat 10:00 dan 22:00-dək fəaliyyət göstərəcək.

Kitab sərgisində “Yaşmaq” nəşriyyatı tərəfindən çap edilən bütün kitablar nümayış etdiriləcək. Nəşriyyatda bu günədək müxtəlif sahələrdə 285 kitab nəşr olunub.

Sərgidə azərbaycan türkcəsində çap edilən kitablarla maraqlanan soydaşlarımız azərbaycanlı şair və yazıçılarla tanış olub, aldıqları kitabları müəlliflərə imzalatdıra bilərlər.

“Azərbaycan pəjühi”, “Sahir”, “Sancı” dərgiləri, “Elşən nəşri” və “Bəhmən kafesi” nəşriyyatları da sərgidə iştirak edəcək.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın