Çərşənbə , Aprel 24 2024
azfa

Yunanıstanın vəhşiliklə suya atdığı müsəlman qaçqınları Türkiyə qurtardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Sahil Mühafizə Xidmətinin dənizə atdığı müsəlman qaçqınları Türkiyə qurtardı.

Türkiyənin Aydın vilayətinin Kuşadası sahillərində Yunanıstan Sahil Mühafizə Xidmətinin qayığa mindirib köməksiz dənizə atdığı 26 müsəlman qaçqın türklər vasitəsilə xilas edilib.

Türkiyə Sahil Mühafizə Komandanlığının verdiyi açıqlamaya görə, Demek yarım adasının sahillərində qurudan nəqliyyatın olduğu bölgədə bir qrup qaçqının qapalı qaldığı xəbərdarlığı nəticəsində Sahil Mühafizə əməkdaşları bölgəyə cəlb olunub.

Aralarında uşaqların da  olduğu 10 Konqo, 8 Suriya, 6 Orta Afrika və 2 Əfqanıstan vətəndaşı olan 26 qaçqın xilas edilib.

Açıqlamada sığınacaq axtaran şəxslərin ifadəsində Samos adasına 2 gün əvvəl keçdikləri Yunanıstanın Sahil Mühafizə Xidməti tərəfindən adadan toplandıqları, bir qayığa mindirilərək dənizə buraxıldıqları qeyd olunub.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın