Yüz minlərlə insanı öldürən koronavirus pandemiyasının səbəbkarlarına istintaq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yüz  minlərlə insanı öldürən koronavirus pandemiyasının səbəbkarları Çin və  bu ölkənin əlaltısına çevrilən ÜST prezidentinə qarşı istintaq tələbi gündəmə gəlir.

ABŞ Konqresi Nümayəndələr Palatasının senatoru Maykl Makkaul Çin hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı barəsində istintaq başladılmasını tələb edib.

Palatanın Xarici Əlaqələr Komitəsinin üzvü koronavirusun pandemiyaya çevrilməsinə səbəb olan yanlışlıqlara görə araşdırma başlanmasını istəyib.

Senator yazılı açıqlamasında bu fikirlərə yer verib: “Xarici Əlaqələr Komitəsi xüsusilə pandemiyanın ilk günlərində Çin Kommunist Partiyasının və Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Adhanom Qebreyesusun işlərini araşdırmalıdır. Çox senatorun respublikaçı həmkarlarıma qoşularaq bu istintaqı adil və bitərəf formada aparacağına ümid edirəm. Tarixdəki xətalardan dərs almasaq, onları yenidən yaşamağa məhkum olarıq”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın