Zəncanda illik “Aşıqlar Bayramı” koronavirus infeksiyasına görə ləğv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, illik on beşinci “Aşıqlar Bayramı” koronavirus infeksiyasına görə bu il keçirilməyəcək.

Güney Azərbaycanın Zəncan şəhərində hər il aprelin 18-də keçirilən illik “Aşıqlar Bayramı” koronavirus infeksiyasına görə ləğv edilib.

Proqramın təsisçi heyətinin üzvü, folklor və aşıq musiqisi tədqiqatçısı Məhəmməd Rəzzaqi “İrna” Xəbər Agentliyinə bu barədə deyib: “Bizim üçün ilk növbədə sənətkarlar və izləyicilərin sağlamlığı mühümdür və təsisçi heyət on beşinci “Aşıqlar Bayramı”nı bir il təxirə salır.

2006-cı ildə Zəncanda aşıq musiqisi üzrə sənətkarların təşəbbüsü ilə aprelin 18-də “İncəsənət və Aşıq Ədəbiyyatı Günü” adı verilmişdir. Hər il həmin gün Zəncana müxtəlif vilayətlərdən aşıqlar gəlir”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın