Əَhvazda “90 Urmiya” futbol komandasının ouinçularına hücum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən yarışda Güney Azərbaycanın futbol komandasının oyunçuları hücuma məruz qalıb.

Urmiyanın “90 Urmiya” və Xuzistanın “Folad Novin” komandaları arasında keçirilən oyunda gərginlik yaşanıb.

İranın ikinci futbol liqası yarışları çərçivəsində keçirilən qarşılaşma zamanı komandalar arasındakı yarış bitdikdən sonra “90 Urmiya” oyunçuları və məşqçi heyəti digər komandanın azarkeşlərinin gözyaşardıcı qazla hücumuna məruz qalıblar.

Eyni zamanda Urmiya kmandasının oyunçularına hücum edilib və yaralanan azərbaycanlı futbolçu xəstəxanaya köçürülüb.

Yarış 1-0 hesabı ilə Əhvaz komandasının xeyrinə başa çatıb.

Qeyd edək ki, son günlərdə Azərbaycan komandaları dəfələrlə İranın müxtəlif şəhərlərinə hücum və zorakılıqlarla qarşılaşıb.

Video:

https://t.me/GADTB1/40433

Həmçinin yoxlayın

Azərbaycan nümayəndəsi BMT sessiyasında Fransanın Əlcəzairdə törətdiyi cinayətlərdən danışıb – VİDEO

GADTB: Fransa Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının nəticələrinə görə tam tarixi və hüquqi məsuliyyəti öz üzərinə …

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk …