Cümə , Oktyabr 11 2024
azfa

Əfqanıstandan hərbi təyyarələr və helikopterlər Özbəkistan sərhədini keçib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avqustun 14-dən bu günədək Əfqanıstanın 22 hərbi təyyarəsi və 24 hərbi helikopter Özbəkistanın Surxandərya vilayətindən qeyri-qanuni yolla sərhədi keçib. 585 hərbçinin olduğu təyyarə və helikopterlər məcburi Termez beynəlxalq aeroportuna endirilib. 158 mülki şəxs və hərbçi isə Amudərya çayı üzərindəki körpüdən Özbəkistan ərazisinə girib.

Publika.az Özbəkistanın Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, üç “Embraer-314” əfqan hərbi təyyarəsi Xanabad aeroportuna enməyə icazə istəyib. Bu təyyarələrə Termez hava limanına enməyə icazə verilib. Özbəkistan Hərbi Hava Qüvvələrinin iki MiG-29 təyyarəsi onları izləyib. Ehtiyatsızlıq üzündən bir “Embraer-314” təyyarəsi Özbəkistanın MiG-29 təyyarəsi ilə toqquşub. Təyyarələrin pilotları paraşütlə özlərini atıb.

Ümumiyyətlə avqustun 14-16-da Özbəkistan sərhədini hava və quru yolla 743 hərbçi və mülki şəxs keçib. Bütün bu faktlarla bağlı Özbəkistanın Baş prokurorluğu cinayət işi açıb.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …