Çərşənbə , Yanvar 26 2022
azfa

Əfşar Mühibbin yenə zaminə buraxılmasına razılıq vermədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs edərək, Ərdəbildəki zindanında saxladığı Əfar Mühibbin yenə zaminə buraxılmasına razılıq vermədilər. Fəalın yaxınları yanvarın 13-də fəalın zaminə buraxılması üçün rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinə müraciət ediblər.

Lakin müstəntiqi Hatif Qasımzadə təyin olunan 50 milyon tümənlik girov qarşılığında Əfşar Mühibbin məhkəməyə qədər zaminə buraxılmasına razılıq verməyiblər.

Qeyd edək ki, azərbaycanlı milli fəal üçün təyin olunan 50 milyon tümənlik vəsiqənin ödənilməsindən 23 gün keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə və qanuna zidd olaraq onun sərbəst buraxlmasına imkan verilmir.

Azərbaycanlı fəal dekabrın 22-də günortadan sonra yaxınları ilə telefon əlaqəsi saxlayaraq, İran rejiminin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 3-cü şöbəsinin istintaq idarəsinə çağırıldıqdan sonra “Sistemə qarşı təbliğat aparmaqda” və “Hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyəti aparmaq”da ittiham olunaraq rejimin Ərdəbildəki mərkəzi zindanına köçürüldüyünü bildirmişdi.

Əfşar Muhibbin telefon əlaqəsi zamanı həbs səbəblərini izah edə bilməyib. Lakin fəalın yazdığı məqalə və paylaşımlarının ittiham olunmasına səbəb olduğu güman edilir.

Əfşar Muhibb bundan öncə 2021-ci il yanvarın 23-də iş yerindən çıxarkən rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmış və ETTELAAT təcridxanasına aparılaraq dindirilmişdi.

Azərbaycanlı fəal yaxalanma və dindirilməsi barədə məhkəmə qərarı tələb etsə də, buna məhəl qoyulmamış və səbəb də açıqlanmamışdı.

Həmçinin yoxlayın

İranın müstəmləkə siyasətinin nəticələrindən; Güney Azərbaycan kəndlərində su qıtlığı yaranıb- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycan …

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyəti artırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Əlirza …