Cümə , İyun 13 2025
azfa

Əhalini acından qıran İran nüvə yanacağı istehsalını 60%-ə çatdırdığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dağıdıcı siyasəti və talançılığı ilə əhalini acından qıran İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami deyib ki, ölkəsi “Tehran tədqiqat reaktoru”na olan ehtiyacdan 60 faiz artıq nüvə yanacağı istehsal edib.

Bu barədə İran Dövlət Teleradio Təskilatı mayın 18-də məlumat yayıb. Tehranın tədqiqat reaktorunun tələbatının yalnız 20 faiz yanacaq olduğunu vurğulayan İslami, Amerikanın əvvəlki hökumətinin İranla nüvə anlaşmasından çıxmasından sonra uranın tərkibinin zənginləşdirilməsi ilə bağlı 10 ildə əldə edilə biləcək nəticəyə cəmi 10 ay ərzində nail olduqlarını bildirib.

O, dolayı yolla Vyana nüvə danışıqlarına toxunaraq, texnologiyanın İrana hərbi və iqtisadi güc gətirdiyini, habelə ölkə diplomatiyasını dəstəklədiyini iddia edib.

Xatırladaq ki, Qərb rəsmiləri dəfələrlə bildirmişdilər ki, İran Vyana danışıqlarını apararkən və nüvə proqramını genişləndirərkən öz nüvə nailiyyətlərindən müzakirələrdə alət kimi istifadə etmək niyyətindədir.

Həmçinin yoxlayın

Marağada molla rejimi azərbaycanlı körpəyə məcburi ad seçimi edib

GADTB: Marağada molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpəyə doğum şəhadətnaməsində seçilən adı …

20 ildə ilk dəfə: AEBA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və …