Çərşənbə axşamı , May 30 2023
azfa

Əjdər Tağızadə: Artıq İranda hər iki ildə bir xalq üsyanı baş verir-Səs yazısı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, GADTB və GAİB başqanı sayın Əjdər Tağızadə Amerikanın Səsinə müsahibədə noyabr ayında baş qaldıran xalq etirazlarından sonra Güney Azərbaycandakı siyasi və iqtisadi vəziyyəti şərh edib.

Hazırki siyasi atmosferi İslam İnqilabının ilk illəri ilə müqayisə edən siyasi fəal hesab edir ki, artıq dindar əhalinin də İslam Respublikasına inamı qalmayıb.

İslam İnqilabının ilk illərində Tehranın Evin Zindanında mən öz gözlərimlə görmüşəm ki, ailələr gətirib öz uşaqlarını təslim edirdilər ki, bu hansısa siyasi qrupa üzvdür.

“Bir zamanlar deyirdilər ki, İranda hər bir 30 ildə çalxalanma olur. Sonra bu 10 ilə endi. İndi görünür ki ara azalıb. İki ildən iki ilə olub,” Əjdər Tağızadə ifadə edir.

Onun sözlərinə görə, İslam İnqilabının ilk illərində molla rejiminə inanan dindar əhali tərəfindən də artıq etiraz səsləri ucalmaqdadır.

“İslam İnqilabının ilk illərində Tehranın Evin Zindanında mən öz gözlərimlə görmüşəm ki, ailələr gətirib öz uşaqlarını təslim edirdilər ki, bu hansısa siyasi qrupa üzvdür. Atalar analar öz uşaqlarını zindana, rejimə verirdilər ki, siz doğrusunu deyirsiniz, siz din xadimisiniz,” siyasi fəal qeyd edir.

Əjdər Tağızadə noyabr ayında Güney Azərbaycanda ciddi etiraz aksiyalarının həyata keçirilmədiyinə dair iddiaların doğru olmadığını vurğulayır. “Rejim dedi ki, Təbriz ayağa qalxmadı. Amma əgər doğrudan da Azərbaycan sakitdirsə, niyə bu qədər qüvvəni doldurursunuz Azərbaycana? Topu, tankı və tüfəngi Azərbaycana daşıyırsınız? Siz ki dediniz Təbrizdə, Ərdəbildə, Urmiyədə heç xəbər yox idi, bəs nədən bu zindanları belə doldurmuşsunuz?” deyə türk fəal əlavə edir

Həmçinin yoxlayın

Rəisi 1980-ci illərdə məhbusların edamında birbaşa rol oynayıb

GADTB: Tehranın Evin həbsxanasının keçmiş rəisi  Hüseyn Murtuzai  Zəncani Prezident İbrahim Rəisini Xomeyni dövründə siyasi …

Molla rejimin zindanlarda qadın məhbusları məcburi şəkildə lüt soyundurduğu ifşa edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, çoxsaylı keçmiş qadın məhbusun etirafları ilə molla rejimin …

Bir cavab yazın