Şənbə , Noyabr 27 2021
azfa

Əjdər Tağızadə: İsrailin İranın çevrəsindəki bir çox ölkə ilə yaxşı əlaqələri var-Səs yazısı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerikanın Səsi Radiosu GADTB başqanı sayın Əjdər bəy Tağızadənin müsahibəsini yaymışdı. Müsahibəni olduğu kimi təqdim edirik:

Siyasi fəal Əjdər Tağzadə deyir ki, İsrailin sadəcə Azərbaycanla deyil, İranın çevrəsində olan bir çox ölkə ilə yaxşı münasibətləri var. Tağızadə Amerikanın Səsi ilə söhbətdə hər gün daha da gərginləşən İran-Azərbaycan münasibətləri haqqında danışıb.

Siyasi fəalın sözlərinə görə, İran hakimiyyətləri hər zaman Cənubi Qafqaz və Orta Asiya ölkələrini öz təsiri altına salmaq arzusunda olublar.

Bir zamanlar prezident Rəfsəncani dönəmində bunlar söyləyirdi ki, Sovetlər dağılanda Qafqaz və Orta Asiyada bir ideologiya və avtoritet boşluğu yaranıb və biz gərək bunu dolduraq.

“Bunların Azərbaycan və Qafqazdakı ölkələrə, hətta Orta Asiyaya baxışı başqa olub. Bir zamanlar prezident Rəfsəncani dönəmində bunlar söyləyirdi ki, Sovetlər dağılanda burada bir ideologiya və avtoritet boşluğu yaranıb və biz gərək bunu dolduraq. Fərq etməz Pəhləvi sülaləsi olsun və ya indiki rejim, bunların o ölkələrə baxışı hər zaman belə olub. Bu haqda kitablar yazıldı. Xarici işlər nazirliyi buna görə institutlar yarattı. Bu fikri yürütmək üçün din və məzhəbdən də istifadə etdilər,” Tağızadə söyləyir.

O, hesab edir ki, İran rəsmilərinin Türkiyə və Azərbaycana qarşı sərt açıqlamalarının daxili istifadəsi də var:

“İran öz daxili problemlərini çözə bilmir. Dönəm-dönəm vədlər verərək bunları çözməyə çalışıb. O qədər vəd veriblər ki, bu gün Tehranda çıxan əsas qəzetlər yazır ki, yeni prezident hansı vədləri verəcək? Yəni, [veriləcək] vəd qalmayıb, iqtisadi bir çözüm qalmayıb.”

Əjdər Tağızadə İran İslam Respublikasının Azərbaycan-İsrail münasibətlərindən narahatlığına diqqət çəkərək deyir, “Tehran rejimi hər tərəfdən mühasirə olunub. Baxın Oman dənizinin yanında Oman dövlətinin həm Amerika ilə, həm də İsrail ilə yaxşı münasibətləri var. Yaxın zamanda orada da İsrail səfirliyi açılacaq. Bəhreyndə açılıb. Birləşmiş Ərəb Əmirliklərində açılıb. İsrailin Ərbildə də güclü varlığı var. Minlərlə adam İrandan gedir İraq Kürdüstanına yük aparır və gətirir. Amma İran hakimiyyəti Azərbaycanı qaralayır ki, Azərbaycan İsraili gətirdi [bölgəyə]. İsrail Azərbaycandan qaz alır. Başqa ölkələr də alır. Azərbaycan prezidenti dedi ki, bizim pulumuz var silah alırıq. Başqaları da İsraildən silah alır.”

Müsahibənin səs yazısı

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …