
GADTB: Azərbaycan Milli Hərəkatının fəallarından Abbas Lisaninin oğlu Əli Lisani Ərdəbil şəhərindəki iş yerinə gedərkən bir neçə mülki geyimli şəxs tərəfindən həbs edilərək, zorla maşına mindirilib.
Molla rejimin məmurları fəalı məhkəmə qərarı və ya rəsmi təqdimat təqdim etmədən həbs ediblər.
Fəalı maşına apardıqdan sonra məmurlar danışıq tonlarını və davranışlarını zorakılıqdan “dostcasına” davranışa dəyişiblər və özlərini “ETTELAAT Nazirliyinin mütəxəssisləri” kimi təqdim ediblər.
Onlar Əli Lisanidən istəyiblər ki, atasını onlarla görüşməyə və danışmağa razı salarsa, ona müstəqil iş icazəsi, biznes lisenziyası və bank krediti verə biləcəklərini bildiriblər. Məmurlar həmçinin “ölkənin şəraitinin qeyri-sabit olduğunu” və Abbas Lisaninin “gələcək hadisələr” barədə fikirlərini və perspektivlərini soruşmaq və onun son açıqlamasını müzakirə etmək istədiklərini vurğulayıblar.
Buna cavab olaraq Əli Lisani bu tələbi qəti şəkildə rədd edərək dedi: “Atam heç bir halda belə bir görüşə razı olmaz; əgər görüş sizin üçün zəruridirsə, onu həbs edə bilərsiniz, amma otuz illik təcrübə göstərir ki, təzyiq və həbslə belə istədiyiniz dialoqa nail ola bilməyəcəksiniz”.
Bu cavabdan sonra məmurlar Əli Lisanini həbslə hədələyib əməkdaşlıq təklifi ilə razılaşmasını tələb ediblər.
Əli Lasani bu təklifi “vətənə, Azərbaycan xalqına və onun azadlıq mübarizlərinə xəyanət dəvəti” hesab edərək onların istəyini geri çevirib.
Qeyd edək ki, hadisədə iştirak edən məmurların kimliyi, işin hüquqi statusu ilə bağlı dəqiq məlumat yoxdur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi