Şənbə , İyul 13 2024
azfa

Əlirza Fərşi: “istəmirik ana dilimiz unudulsun”

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda ana dili uğrunda fəaliyyətlərinə görə irqçi fars rejimin zindanlarında həbsdə olan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ana dilini mühafizə üçün görməli olduğu işlər və İran rejiminin ögey münasibəti ilə bağlı danışdığı video yayılıb.

Əlirza Fərşi həmin müsahibəsində bildirir ki, dövlət türk uşaqların ana dilində təhsil alması üçün şərait yaratmağa borcludur: “Dövlət vəzifəsini yerinə yetirmədiyi üçün bu ağır məsuliyyəti biz öz öhdəmizə götürmək məcburiyyətindəyik. Biz öz dilimizə vurğun olduğumuz üçün bunu etməliyik. İstəmirik ana dilimiz məhv olsun və övladlarımız bu dilə biganə olsunlar”.

Qeyd edək ki, onsuz da günahsız yerə həbs edilən azərbaycanlı fəal Əli̇rza Fərşi̇yə qarşı saxta ittihamlarla yeni dosya hazırlanıb və bir müddət əvvəl xəbər vermədən və vəkilin iştirak olmadan fəala qarşı 50 ay həbs cəzası verilib. Hakim Fərşinin dosyada yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Qeyd edək ki, Əlirza Fərşi İran-İraq müharibəsində şəhid olan komandirin oğludur.

Tanınmış fəal Güney Azərbaycanda ana dilini hərəkatının əsas fədailərindən biridir. O, İranda türk dilinin qorunmasına və tədris olunmasına, azərbaycanlı uşaqların ana dilini öyrənməsinə çalışıb,  bu məqsədlə ucqar kəndlərdə kitabxanaların qurulmasına, türk dilində dərsliklərin yayılmasına təşəbbüs göstərib. Bu fəaliyyətinə görə,  İran hökumətinin qəzəbinə tuş gəlib.

Şərif Texnologiya Universitetində kompüter mühəndisliyi üzrə magistr dərəcəsi alıb, “Milli İstedadlar Fondu”nun üzvü və Əli Xamneyiyə yaxın olan “Bəsic”i (konüllü) tələbələrdən olub.

Ancaq öz ana dilinə və milli kimliyinə sadiq olduğu üçün molla rejimi onun universitetdə müəllimlik fəaliyyətinə, o cümlədən hansısa xüsusi şirkət və qurum yaratmasına qadağa qoyub.

Bir neçə dəfə tutulub, işgəncəyə məruz qalıb və həbs edilib.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …