Bazar , Sentyabr 19 2021
azfa

Əlirza Fərşinin həbsindən 1 il keçir; Beynəlxalq Əfv Təşkilatı fəalı dərhal azadlığa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranda həbs etdiyi türk dil haqları fəalı Əlirza Fərşinin həbsindən artıq bir il keçir.

O, bu müddət ərzində müxtəlif xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq yalnız 3 gün tibbi məzuniyyət hüququndan istifadə edə bilib.

Beynəlxalq Əfv Təşkilatı isə azərbaycanlı siyasi məhbusla bağlı yayınladığı bəyanatda fəalın sağlıq durumunun narahatlıq doğurduğunu qeyd edib və İran rejimini siyasi məhbusu dərhal azadlığa buraxmağa çağırıb.

Beynəlxalq Əfv Təşkilatı iyulun 20-də yayımladığı bəyanatda “Əlirza Fərşi ana dili hüquqlarını müdafiə etdiyinə,  həbs edilən fəallar haqqında onlayn məlumat yaydığına və digər dinc fəaliyyətlərinə görə əsassız olaraq Tehran zindanında həbsdə saxlanılır.

İran rəsmiləri gözündə ciddi problemlər olan, yüksək qan şəkəri problemindən əziyyət çəkən milli fəalı zəruri tibbi yardımdan məhrum edirlər”.

Ondan öncə isə 18 İnsan Haqları Təşkilatı birgə bəyanat yayaraq Əlirza Fərşinin zindanda təzyiqlərə məruz qaldığını, normal müayinə və müalicə imkanlarından məhrum edildiyini vurğulayıb.

Birgə bəyanatda hökumətdən ədalətsiz məhkəmədə qondarma ittihamlarla həbsə atılmış fəalın dərhal azad edilməsi tələb olunur.

Ortaq bəyanatda yazılıb: “Zindanda həbs dövrünü yaşayan ana dili fəalı və siyasi məhbus Əlirza Fərşiyə qarşı İran rəsmilərinin qəddar, qeyri-insani və aşağılayıcı davranışı barədə məlumatlar daxil olub.

O, vacib tibbi xidmətdən məhrum şəkildə saxlanılır və zəruri müalicəni almasa sol gözünün görmə qabiliyyətini tamamilə itirə bilər”.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Ə.Fərşi həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəallar …

Rus gəmilərin Bakıda “Mehtər” marşı ilə qarşılanması…

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi – “Astraxan” …