GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan yerdə ilk dəfə olaraq böyük şair Əmir Əlişir Nəvainin 4 cilddən ibarət “Xəzainül-Məani” şerlər toplusu çap olunub.
4 cildlik şerlər toplusu ədəbiyyat tədqiatçısı Qulamrza Rəzmi tərəfindən çapa hazırlanıb.
Qulamrza Rəzmi bununla bağlı deyib: “Əmir Əlişir Nəvainin əsərlərini 2012-ci ildə tanımışam. Nəvainin 4 cildlik türkcə şerlər toplusunun olduğunu bildikdən sonra onun 2900 qəzəlini müasir və anlaşılan Azərbaycan türkcəsinə çevirmişəm.
Nəvainin birlikdə “Xəzain-ül-Maanı” adı ilə tanınan 4 cildlik şerlər toplusu var. Onlar “Qəraib-ül-Siğr”, “Nəvadir-ül-Şəbab”, “Bədayi-ül-Vəsət” və “Fəvaid-ül-Kibr” adlanır.”.
Qeyd edək ki, Əmir Əlişir Nəvai türk dünyasının böyük şairi və ədəbiyyat üzrə böyük şəxsiyyət hesab olunur. Nəvai 30 əsər yaradıcısıdır onun 28 əsəri sırf türkcə yazılıb.