Cümə axşamı , May 21 2026
azfa

Ərəb Əmirliyi Türkiyədən 120 “Bayraqdar TB2” almaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən “Bayraqdar TB2” PUA-larını almağı planlaşdırır. Bu barədə Türkiyə mediası məlumat yayıb.

BƏƏ rəsmiləri ilə “Baykar” şirkəti arasında mart ayından bəri davam edən danışıqların bəzi detalları bəlli olub.

Məlumata görə, danışıqlar zamanı 120 ədəd “Bayraqdar TB2”-nin tədarükü ilə yanaşı, çoxlu sayda sursat, komanda-idarə mərkəzi və təlim paketləri də sifariş edilib.

120 ədəd “Bayraqdar TB2” və digər hərbi vasitələrin yer aldığı paketin ümumi dəyərinin 2 milyard dollara yaxın olduğu bildirilib.

Həmçinin yoxlayın

Azərbaycan Milli Hərəkatının dörd fəalı Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəalları Abbas Lisani, Əli Xeyircu, Yusif Kari və Behzad Dəşti …

“Ekbatan şəhərciyi” işi üzrə altı təqsirləndirilən şəxsə yeni həbs hökmləri çıxarılıb

GADTB: Tehran əyaləti üzrə Birinci Cəza Məhkəməsinin 13-cü şöbəsi “Ekbatan şəhərciyi” işi üzrə təqsirləndirilən altı …