Çərşənbə axşamı , İyun 25 2024
azfa

Ərəb fəallar Xoyda zəlzələ qurbanlarına yardım topladığından molla rejiminin qəzəbinə tuş gəlib

Gadtb: Dünən 28 yaşlı Mahmud Kəəbi, 27 yaşlı Rəzzaq Kənani və 25 yaşlı Səddam Kəəbi adlı üç etnik ərəb fəal Şuş şəhərində həbs edilib.

Həmin şəxslər Xoy şəhərində zəlzələdən zərərçəkənlərə nağd və nağdsız yardım toplamaq üçün çadır qurmaqda ittiham olunurlar. Sanki İran xalqının düşmənlərinin adətlərində ərəblərin türk soydaşlarına yardım etməsi cinayət sayılır və həbs cəzası var.

Xatırladaq ki, 2020-ci ildə də bir sıra ərəb vətəndaş fəalları İbadan, Mohmarah və Əhvaz şəhərlərində əyalətin sel və daşqınlardan zərər çəkmiş vətəndaşlara kömək etmək ittihamı ilə həbs edilib və onlara qarşı iş açıblar. /Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Urmiya gölü hələ də təhlükəli vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yağıntıların çox olmasına baxmayaraq Urmiya gölü hələ də …