Çərşənbə axşamı , May 17 2022
azfa

Ərdəbil vilayətində Azad İqtisadi Zonasının yaradılmasına mane oldular

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil vilayətində Azad İqtisadi Zonasının yaradılmasına mane oldular. Xameneinin Ərdəbildəki nümayəndəsi “Cavanonline” saytına açıqlamasında iddia edib ki, Ərdəbil vilayətindən parlamentə seçilmiş millət vəkilləri arasında fikir ayrılığının olması burada Azad İqtisadi Zonanın yaradılmasına mane olub.

Ərdəbil Azad Ticarət və Sənaye Bölgəsinin yaradılmasına, uzun müddət keçməsinə baxmayaraq və İran parlamenti, Nəzarət Şurası və Məsləhət Şurası tərəfindən araşdırıldıqdan sonra nəhayət, son aylarda razılıq verilib. Ancaq həmin zonanın yaradılması və yerləşdiyi məkanın müəyyən edilməsi ilə bağlı Ərdəbil vilayətinin millət vəkilləri arasında ciddi fikir ayrılıqları var ki, bu da böyük problemə çevrilib. Belə ki, millət vəkillərindən hər biri öz açıqlamaları ilə sözügedən Azad İqtisadi Zonasının öz seçildiyi ərazidə açılmasına çalışır.

Qeyd edək ki, Ərdəbil vilayətinin Azərbaycan Respublikası ilə 380 kilometr quru sərhədi var və bu vilayətin dörd şəhəri Azərbaycanla 282 kilometr boyunca həmsərhəddir.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …