
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fevral ayının 12-də Ərdəbil şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal şəhər divarlarında qrafitlər çəkərək İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin azərbaycanlı körpələrə türk adlarına görə doğum şəhadətnaməsinin verməməsinə etiraz ediblər.
Qrafitlərdə türk adına görə 8 aydır doğum şəhadətnaməsi ala bilməyən ərdəbilli Ayılın adı əks olunubdur.
Ərdəbildə yaşayan azərbaycanlı musiqiçi və milli fəal Səccad Colaninin qızı Ayılın anadan olmasından 8 ay keçməsinə baxmayaraq valideynləri ona doğum şəhadətnaməsi ala bilmıəyiblər. Onlar öz övladlarına Azərbaycan mədəniyyətinə uyğun qoyduqları adı rəsmiləşdirmək üçün dəfələrlə Ərdəbildə İranın Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinə müraciət etsələrdə buna müvəffəq olmayıblar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi