Cümə axşamı , Dekabr 2 2021
azfa

Ərdəbildə azərbaycanlı fəallar azərbaycanlı siyasi məhbus Əkbər Azada azadlıq tələb ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 16-da Ərdəbildə azərbaycanlı milli fəallar Tehran həbs edilən azərbaycanlı siyasi məhbus Əkbər Azada azadlıq tələb ediblər.

Bu məqsədlə Ərdəbildə divarlara Əkbər Azadın simvolik qrafitləri çəkilib. Qrafit azərbaycanlı sənədli filmlər rejissoru Möhsün Hadi tərəfindən hazırlanıb.

Qeyd edək ki, azərbaycanlı ziyalı Əkbər Azad İran rejimi tərəfindən Büynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 həbs vı 2 il sürgün cəzasına məhkum edilib. .

Tanınmış yazıçı və ziyalı Əkbər Azad avqustun 9-da Baharistanın Dövlət və İnqilab Məhkəməsinə getdikdən sonra məhkəmə məmurları tərəfindən saxlanılıb.

O avqustun 12-də ailəsi ilə telefon əlaqəsi zamanı Tehranda zindana köçürüldüyünü bildirib.

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …