Ərdəbildə azərbaycanlı milli fəal Məhəmməd Colani girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Ərdəbildə yaxaladığı azərbaycanlı milli fəal Məhəmməd Colani 300 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

Girov qoyan azərbaycanlı milli fəal noyabrın 1-də məhkəməyə qədər rejimin Ərdəbildəki zindanından zaminə buraxılıb.

Azərbaycanlı fəal rejimin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsində Hakim Kamyar Səlimin sədrliyi ilə keçirilən məhkəmə prosesinin ilkin mərhələsində şərlənərək, “Ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək əlbir olmaq və toplaşmaq”da ittiham edilib.

Azərbaycanlı fəal Məhəmməd Colani oktyabrın 1-də Ərdəbil-Səreyin yolunda məmurların hücumuna məruz qalıb və avtomobillərinə atəş açılaraq yaxalanmışdı. Yaxalanan fəal ETTELAAT İdarəsinin təcridxanasında sorğu-suala çəkildikdən sonra oktyabrın 4-də Ərdəbildə rejimin zindanına köçürülmüşdülər.

Qeyd edək ki, molla rejimi etirazlarla bağlı çox sayda azərbaycanlı fəalı yaxalayıb. Rejim həmçinin yaxaladığı azərbaycanlı fəalları vəhşicəsinə döyüb və işgəncə edib. Ərdəbildə yaxalananlardan Yaşar Əkbərzadə müvəqqəti buraxılsa da, daha 6 milli fəal- Əsgər Əkbərzadə, Meysəm Colani, Yusif Kari, Firuz Moini, Səccad Qane Müqəddəm hələ də Ərdəbil rejimin zindanında həbsdə saxlanılırlar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …