Cümə , İyun 25 2021
azfa

Ərdəbildə azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə aksiyas

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə xüsusi aksiya keçirilib

Azərbaycanlı milli-mədəni fəallar Əlirza Fərşinin şəkli və qrafitlərini kitabların üzərinə yapışdırıb kitabxanalarda, şəhərin mədəni-tarixi yerlərində və parklarda nümayiş etdirərək onun kitabxana fəaliyyətini ictimailəşdirmiş və günahsız yerə həbs edilən fəala bu şəkildə azadlıq tələb ediblər.

Kitablar üzərində yapışdırılan Əlirza Fərşinin qrafiti onun Güney Azərbaycan kəndlərində türk dilində kitablardan ibarət kitabxanaların yaradılması yönündəki qanuni fəaliyyətini simvolizə edir.

Çünki, Əirza Fərşi Güney Azərbaycanın kəndlərində uşaqlara türkcə kitablar, məktəb ləvazimatı, dəftər, qələm paylayaraq Səməd Behrəngi kimi müəllimlərin müarifləndirici yolunu davam edirdi.

Qeyd edək ki, onsuz da günahsız yerə həbs edilən azərbaycanlı fəal Əli̇rza Fərşi̇yə qarşı saxta ittihamlarla yeni dosya hazırlanıb və bir müddət əvvəl xəbər vermədən və vəkilin iştirak olmadan fəala qarşı 50 ay həbs cəzası verilib. Hakim Fərşinin dosyada yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

İrqçi farslar Tehranda Məşrutə başçısı Bağır xanın adını daşıyan metro stansiyasının adını dəyişdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda irqçi farslar çox sayda küçə və prospektə …

Əmır Teymurun qılıncı İrəvan sər aslanı Həsən xana necə keçdı?

GADTB: Əmir Teymurun qılıncının harada olmasi ilə bağlı bir çox əfsanələr var. Böyük Tamerlanın Şərqi …