GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı milli fəal və incəsənət xadimi Mürtəza Pərvinin qanunsuz həbsinə etiraz olaraq çox sayda posterlər çap edilərək şəhərin ictimai yerlərinə yapışdırılıb.
Azərbaycanlı milli-mədəni fəallar tərəfindən hazırlanıb yayılan posterlərdə Murtəza Pərvinin şəkli əks olunmaqla yazılıb: “İncəsənət xadimi olmaq cinayət deyil! -Mürtəza Pərvin!”
Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.
Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.
İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.
Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.
Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.
Artıq azərbaycanlı fəal Mürtəza Pərvin Tehrandakı bədnam Evin zindanında üç gündür aclıq aksiyasına başlayıb.