GADTB: dünən Azərbaycan Milli Hərəkatının fəalları Ərdəbil şəhərində çox saylı posterlər hazırlayıb və şəhərin ictimai yerlərinə yapışdırıb və ya yayıblar.
Posterlərdə azərbaycanlı fəalar yazıb ki, bizim yeganə prioritetimiz Azərbaycanın maraqlarıdır və olacaq, səsimiz və tələbimiz isə yalnız “Azadlıq, Ədalət, Milli Hökumət”dir.
Quraşdırılan və paylanan posterlərdə seçki simvolu olan qutu təsvir edilib və həmin qutuya bir nəfər Azərbaycanın adını qoyur, orada “Mənim Səsim/Azadlıq, Ədalət, Milili” sözü yazılıb.
Beləliklə azərbaycanlı fəallar molla rejimin seçki oyununu baykot edib və yalnız məqsədin Azərbaycanın öz hüquqları və dövlətçiliyi uğrunda çalışmaq olduğunu bildiriblər.