Şənbə , Aprel 19 2025
azfa

Ərdəbildə Qarasu çayında ekoloji fəlakət yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və sənaye tullantıları ilə yenidən çirklənib.

Zəhərli sənaye tullantıları və kimyəvi maddələrin Qarasu çayına axıdılması ilə turşulu maddələrin konsentrasiyası artıb və bu çayın suyu ilə suvarılan əkin sahələrinin məhvinə səbəb olur.

Bununla yanaşı çayın çirklənməsinin ekosistem, ətraf mühit, kənd təsərrüfatı, heyvan növləri və insanlar üçün ciddi təhlükə yaratdığı qeyd olunub.

Qeyd edək ki, Savalan dağının ətəklərindən qaynaqlanan 210 kilometr uzunluğundakı Qarasu çayı bölgə kəndlərinin içməli və əkin suyuna olan ehtiyacının təmin olunmasında əhəmiyyətli rol oynayır.

Video:

https://t.me/GADTB1/41041

Həmçinin yoxlayın

MOSSAD rəhbəri İrana görə Uitkofla görüşə gedir

GADTB: MOSSAD-ın direktoru David Barnea və İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın Yaxın Şərq …

May Sato İranda siyasi məhbuslarla bağı xəbərdarlıq etdi

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi May Sato Tehranın Evin həbsxanasında saxlanılan və edam üçün …