Cümə axşamı , May 15 2025
azfa

Ərdəbildə Urmiya gölünün qurudulmasına etiraz; “Oyan Azərbaycan Urmu gölü susuzdur”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində İran rejiminin Urmiya gölünü qəsdən qurutmasına etiraz olaraq aksiya keçirilib.

Bu məqsədlə azərbaycanlı fəallar Ərdəbil şəhərində çox saylı vərəqələr hazırlayaraq şəhərin küçələrində divarlara yapışdırıb və ya yayıblar.

Poster və vərəqələrdə Urmiya gölünün şəkli əkd olunmaqla “Oyan Azərbaycan Urmu gölü susuzdur”, “16 milyon türk milləti köçməyə hazır olsun” və s. şüarlar yazılmışdır.

 Qeyd edək ki, son günlər Güney Azərbaycanın şəhərlərində Urmiya gölü ilə bağlı aksiyalar keçirilir.

Azərbaycanlı fəallar bu məqsədlə gölün acınacaqlı vəziyyətinə dünya ictimaiyyəti və əhalinin diqqətini yönəltməyə çalışırlar.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanda qızıl mədənini daha sürətli talamaq üçün meşəni məhv edir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Vərziğan bölgəsində qızıl mədənini talamaq üçün meşə zolağını məhv …

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …