
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən gecə saatlarında Güney Azərbaycanın Ərdəbil vilayətinin Nəmin şəhərində yerləşən “Artaplast” zavodunda güclü yanğın meydana gəlib.
Bu barədə Ərdəbil əyalətinin Təcili Yardım Mərkəzinin rəhbəri Məhəmməd Məcid Qəribani məlumat verib.
Onun sözlərinə görə, yanğın nəticəsində 6 işçi karbon-monoksit qazından zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.
Ərdəbil bələdiyyəsinin yanğınsöndürmə idarəsinin rəisi Qurban Kaci isə gecə saatlarından başlayan yanğının səhər saaatlarında söndürüldüyünü bildirib.