Çərşənbə axşamı , İyun 22 2021
azfa

Ərdoğan: “Aytmatovu bütün dünyanın və əlbəttə ən başda da bizim ortaq dəyərimiz kimi görürük”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Coğrafiyamızı manqurtlardan xilas edə biləcəyimiz dərəcədə gələcəyimizə inamla baxa biləcəyik” deyib.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovla iştirak etdiyi Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil edilən IV Çingiz Aytmatov Beynəlxalq İssık-Göl Forumunun bağlanış proqramında deyib.

Ərdoğan buradakı çıxışında kökü qədimlərə gedən qırğızların dünya ədəbiyyatına qazandırdığı iki misilsiz cövhərin olduğunu bildirərək, “Bunlardan birincisi, öz sahəsində dünyanın ən uzun mətni olma xüsusiyyətinə sahib olan Manas dastanıdır və eposun qəhrəmanı Manasdır. İkincisi isə Çingiz Aytmatovdur. Mərhum Aytmatov əsərləri ilə dünya ədəbiyyatının ən əhəmiyyətli qələmlərindən biri kimi yerini aldıqda göstərdiyi digər xidmətləri ilə də qırğız xalqının zəmanəmizdə milli qəhrəmanı oldu. Aytmatovu bütün dünyanın və əlbəttə ən başda da bizim ortaq dəyərimiz kimi görürük” deyib.

Ərdoğan çox yönlü bir ziyalı, ədəbiyyat və diplomatiya adamı Aytmatovun həm dünya ədəbiyyatına, həm də siyasi tarixə gətirdiyi ən təəccüblü anlayışlardan birinin “manqurtluq” olduğunu ifadə edərək, bunları söyləyib:

“Şəxsin özünə, ailəsinə, cəmiyyətinə, millətinə, tarixinə, mədəniyyətinə, bir sözlə daha əvvəl sahib və aid olduğu hər şeyə yad olan hətta düşmən olması mənasını verən “manqurtluq” əslində köləlik deməkdir. Unudulmaz əsəri “Əsrə bərabər gün” romanında istifadə etdiyi “manqurt”  məfhumunu və bunu izah üçün şərh etdiyi hadisəni biz də fürsət kimi görüb onu rəhmətlə yad edirik. Coğrafiyamızı “manqurtlar”dan xilas edə biləcəyimiz dərəcədə hamımızın gələcəyimizə inamla baxa biləcəyimizə və hədəflərimizə sürətlə yaxınlaşacağımıza inanırıq”.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …