Şənbə , Noyabr 27 2021
azfa

Ərdoğan: İran ağılla hərəkət etsin, Əliyev mənə İsrail ilə heç bir xüsusi əlaqələrinin olmadığını dedi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”-a istinadən yaydığı məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “İlham Əliyev mənə dedi ki, Azərbaycanın İsraillə əlaqəsi digər dünya ölkələri kimi davam edir və daha da inkişaf edəcək. Rəsmi Bakı bu məsələdə geri çəkilməyəcək”.

Ərdoğan habelə, İran rəsmilərinə Azərbaycanla münasibətdə ağılla rəftar etməyi və gərginliyə səbəb yaratmamağı tövsiyə edib.

Rəcəb Tayyib Ərdoğan Azərbayacana bir günlük səfərindən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Azərbaycan-İran münasibətləri və Bakının Tel-Əviv ilə yaxınlığı mövzusu ilə bağlı jurnalistlərin sualını cavablandıran Ərdoğan deyib: “Mən bu məsələni İlham Əliyev ilə danışdım. Onun bu əlaqələrdə prinsipial mövqeyi var və onun öz mövqeyindən geri çəkiləcəyi güman edilmir”.

Habelə, Ərdoğan əlavə edib: “Əliyev mənə bildirdi ki, İsrail ilə heç bir özəl əlaqələri yoxdur və Azərbaycan İsraillə hər növ ticarət mübadiləsi apara bilər. Necə ki, hər bir ölkənin belə bir haqqı var, Azərbaycan da İsraillə əlaqələrinə davam edəcək”.

Ərdoğan habelə, ölkələrin bir-birilərinin seçimlərinə qarışmamalı olduqlarını və İranın bundan sonra ağılla davranacağına və Azərbaycan-İran münasibətlərində hər hansı bir problem yaratmayacağına ümid etdiyini dilə gətirib.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …