Çərşənbə , Aprel 23 2025
azfa

Ərdoğan IV Krım Platforması Liderlər Zirvəsinə videomüraciət ünvanlayıb

GADTB: “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini qətiyyətlə dəstəkləməyə davam edirik”.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Liderlər Zirvəsinə ünvanladığı videomüraciətində deyib.

Ərdoğan müraciətinə Ukrayna prezidenti Volodimir Zelenskini, Ukrayna xalqını, Krım türklərini və sammit iştirakçılarını salamlayaraq başlayıb.

Ərdoğan müraciətində deyib: “Müharibənin 3-cü ildönümünü qeyd etdiyimiz bu ağrılı gündə, ilk növbədə, bir ölkə və millət olaraq dost Ukrayna xalqının yanında olduğumuzu bildirmək istərdim. Son 3 ildə torpaqlarını müdafiə edərkən həyatını itirən ukraynalılara və ailələrinə başsağlığı verirəm. Türkiyə 2014-cü ildə Krımın ilhaqından sonra beynəlxalq hüququn təməl prinsipləri çərçivəsində Ukraynaya lazımi dəstəyi vermişdir. Biz üç il əvvəl münaqişə başlayanda müharibəyə qarşı çıxdığımızı bəyan etdiyimiz kimi, bu gün də danışıqlar yolu ilə müharibəni sona çatdırmaq üçün hər cür səy göstərməyə qərarlıyıq. Bununla yanaşı, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə güclü dəstəyimizi davam etdiririk. Müharibənin dördüncü ilinə girdiyi bir vaxtda diplomatiya, dialoq və danışıqlara əsaslanan yanaşmalar vüsət aldı. Ümid edirik ki, bu proses münaqişələrin sona çatması və davamlı sülhün bərqərar olmasının başlanğıcı olacaq. Əvvəldən müdafiə etdiyimiz kimi, ədalətli və davamlı sülhə gedən yol ancaq müharibənin hər iki tərəfinin bərabər və ədalətli təmsil olunduğu bərabərliklə açıla bilər. Ötən həftə Ankarada cənab Zelenski ilə Türkiyənin bu mühüm məqamda verdiyi töhfələri müzakirə etdik və bütün arzularımı bildirmişik. Qarşıdan gələn il müharibənin deyil, sülhün ildönümünü qeyd etmək üçün Türkiyə olaraq ədalətli və qalıcı bir sülhün qurulması üçün bütün gücümüzlə çalışmaya davam edəcəyik.

Bu düşüncələrlə mən ürəkdən ümid edirəm ki, 2025-ci il sülhün bərqərar olacağı bir il olacaqdır. Bir neçə gündən sonra görəcəyimiz mübarək Ramazan ayının bütün bəşəriyyətə sülh, əmin-amanlıq və firavanlıq gətirməsini Allahdan diləyirəm. Hamınıza hörmət və salamlarımı göndərirəm”.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə işi Ali Məhkəməyə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Kərim İsmailzadənin məhkəmə …

Molla rejimi Təbrizdə qardaşlardan birinə “Elman” adına doğum haqqında şəhadətnamə versə də, digərinə “Elyar” adına doğum şəhadətnaməsi vermir

GADTB: İrqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi bir ailənin uşaqlarının birinə “Elman” …