GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Tirəxturun yeni baş məşqçisi olan Ərtuğrul Sağlam yanvarın 19-da Təbrizə gəlib. Tirəxturun tərəfdarları hava limanında onu böyük coşqu ilə qarşılayıblar.
Tirəxtur Komandasının tərəfdarları yeni baş məşqçinin Təbrizə gəlişi münasibəti ilə şənlik ediblər. Qarşılama mərasimində Azərbaycan rəqsi nümayiş etdirilib. Həmçinin Azərbaycanlı tərəfdarlar “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara” və s. milli şüarlar səsləndiriblər:
Tərəfdarlar üzərində “Xoş gəldin Ərtuğrul Sağlam” sözü yazılmış plakardlar gəzdirilib.
Ərtuğrul Sağlam isə İnstagram səhifəsində tərəfdarların möhtəşəm qarşılama mərasiminə görə öz təşəkkürünü bildirib.