Cümə axşamı , İyul 25 2024
azfa

Əsəd rejimi İdlibdəki yaşayış məntəqəsini raketlə vurdu

Suriyada Əsəd rejiminin İdlibdəki bir yaşayış məntəqəsinə və yük maşınlarının olduğu dayanacağa təşkil etdiyi raket hücumunda 7 dinc vətəndaş yaralanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitte” hesabında yer alan açıqlamada bildirilib ki, İdlibdəki xəstəxananı raketlərlə vuran rejim bu dəfə İdlib Gərginliyi Azaltma Bölgəsinin şimalındakı Kah yaşayış məntəqəsi və Sarmada yük maşını dayaşanacağını hədəf alıb.

Maşın dayanacağında 7 mülki şəxsin yaralandığı və Kahda kəndlilərə aid çox sayda heyvanın tələf olduğu qeyd edilən paylaşımda “Hücumların dərhal dayandırılması üçün Rusiya Federasiyasına xəbərdarlıq edildi. Əsgərlərimiz məlumatlandırıldı. Vəziyyət yaxından təqib edilir” deyilib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …