GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının İctimaiyyətlə Əlaqələr üzrə baş direktoru Meysəm Səidi Dizmar bölgəsinin tarixi adının qorunacağını açıqlayıb.
Bu təşkilat hadisənin tarixi və siyasi əhəmiyyətini nəzərə alaraq, həm də bu ərazinin ətraf mühit təşkilatı tərəfindən əhatə olunduğu üçün bu ərazidə həmin hadisəyə simvol yaratmaq qərarına gəlib.
Qeyd edək ki, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən Dizmar bölgəsinin adının Şəhid cumhur olaraq dəyişdirilməsi qərarı Azərbaycanın ictimai rəyi, milli fəallar və Azərbaycanın siyasi təşkilatları tərəfindən mənfi reaksiya ilə qarşılanmışdı.