GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin qüvvələri bu gün, 31 avqust 2024-cü il tarixində, keçmiş azərbaycanlı siyasi məhbus və milli hərəkatın tanınmış fəalı Abbas Lisaninin Ərdəbil şəhərində yerləşən evinə hücum edib.
Rejimin məmurları tanınmış azərbaycanlı fəalı həbs edərək, özləri ilə aparıblar.
Həbsdən sonra molla rejimin ETTELAAT qüvvələri Lisaninin evində axtarış aparıb, ona məxsus şəxsi əşyaları, o cümlədən evin təhlükəsizlik kameralarının DVR cihazını müsadirə ediblər.
Hələlik azərbaycanlı milli fəalın həbs səbəbi barədə açıqlama verilməsə də, həbsin, onun Yəzd şəhərinə 2 illik sürgün cəzasından imtina etməsi ilə bağlı olduğu ehtimal olunur.
Abbas Lisani, bundan əvvəl 5 avqust 2024-cü ildə sürgün cəzası ilə bağlı məhkəmənin göndərdiyi çağırışı qanunsuz adlandıraraq ona məhəl qoymayıb.
Qeyd edək ki, Abbas Lisani, 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra, “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib.
Keçmiş siyasi məhbus məcburi sürgün cəzasını çəkmək üçün Yəzd şəhərinə göndərilsə də, o, Yəzd şəhərinə çatdıqdan sonra bu cəzanı qanunsuz adlandıraraq Ərdəbilə qayıdıb.
Məhkəmə qərarları ilə bağlı işin vəkili Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər cənab Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi.
Bu səbəbdən, milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.
Vaxtilə İranın Yəzd şəhərinə sürgün edilmiş Abbas Lisani ailəsi ilə qısa telefon danışığı zamanı məcburi sürgün məhkumluğuna olmayacaq və öz doğma diyarına qayıdacağını bildirmişdi.
Lisani ailəsinə bildirmişdi ki, Yəzdə çatdırıldıqdan sonra məhkəməyə köçürülüb və məhkəmədə bildirib ki, Yəzdə qalmaq onun sağlıq durumuna kompensasiya olunmaz xəsarət yetirə bilər. Lakin hakim bildirib ki, onun qərarı dəyişmək ixtiyarı yoxdur və əsas qərarı İranın ETTELAAT İdarəsi verir. Ona görə də məni ETTELAAT-a qaytardılar. Orada isə hər gün həmin orqana müraciət edin barmaq izi verməklə sərbəst buraxılıb. ETTELAAT İdarəsindən çıxandan sonra isə Yəzdim Avtovağzalına gedərək Ərdəbilə hərəkət etmək istədiyini bildirmişdi.
Abbas Lisani bundan əvvəl tibbi məzuniyyət zamanı Təbrizdə müalicə olunduğunu və bir neçə xəstəlikdən əziyyət çəkdiyi halda 1200 kilometrlik məsafəni qət etməyin onun üçün çətin olduğunu söyləmişdi.