Şənbə , May 15 2021
azfa

‍Tikantəpədə əhali ilə isfahanlı mədənçilər arasında toqquşma baş verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsinin Yolqunağac kəndinin əhalisi ilə həmin kəndin Pataxqala mədənini talayan isfahanlılar arasında toqquşma baş verib.

Mədənin talanması və ətraf mühitin çirkləndirilməsinə etiraz edən əhali isfahanlılara məxsus ağır texnikanın bölgəyə gətirilməsinə mane olub.

Məlumata görə, Yolqunağac kəndinin yaxınlığında yerləşən tarixi Pataxqala ərazisi 3 min illik keçmişə malik tarixi məkandır və 2006-cı ildə mədəni irs siyahısına salınıb.

Tarixi ərazidə Mədəni İrs Təşkilatı tərəfindən quraşdırılan lövhədə “Bura tarixi və qorunan məkandır. Hər hansı müdaxilə, mənimsəmə, qazıntı qadağandır və əraziyə xəsarət yetirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar” yazılıb.

Bu xəbərdarlığa baxmayaraq İsfahan şəhərindən olan mədən talançıları bir neçə ildir, qanunsuz şəkildə, traverten daşlarını çıxarıb və tarixi əraziyə, eləcə də ətraf mühitə zərər vururlar.

Son vaxtlar isə onlar mədəni daha sürətli talamaq məqsədilə bölgəyə ağır texnikalar gətiriblər. Bu isə Yolqunağac kəndi sakinlərinin ciddi etirazına səbəb olub.

Eyni zamanda qeyri-standart mədən işləri nəticəsində kənd ərazilərinə ciddi xəsarət yetirilir.

Yolqun Ağac kəndinin “İnstagram” səhifəsində bununla bağlı yazılıb: “Bu mədəndən kənd əhalisinin payı əkin sahələrinin məhv olması, kənd yolların dağılması, bölgənin nadir bitki örtüyünün məhv olması və ətraf mühitin ziyan görməsidir”.

Kənd əhalisinin dediyinə görə, bir neçə il öncə tarixi qəbrisdtanlığın dağıdılması ilə bağlı əhalinin Mədəni İrs Təşkilatına şikayət etməsindən sonra mədəndə işlər bir müddət dayandırılmışdı. Lakin mədəni talayanlar dövlət tərəfindən himayə edilir və qanunsuzluğun qarşısı alınmır.

Həmçinin yoxlayın

İran rejimi Azərbaycan neftini qarət etməyə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanı işğal və müstəmləkə etmiş İran rejimi …

Türk Aralıq dənizində faciənin qarşısını aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk əsgərinin diqqəti Şərqi Aralıq dənizindəki fəlakətin qarşısını …