Cümə axşamı , Oktyabr 15 2026
azfa

Əhərdə 31 gün mübarizədən sonra Asenaya doğum haqqında şəhadətnamə verilib

GADTB: Əhərdə doğulan azərbaycanlı körpə Asenaya 31 gün mübarizədən sonra doğum haqqında şəhadətnamə verilib.

Balamin Adı kampaniyasında minlərlə insanın iştirakından və Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin türk adlarının qeydiyyata alınmasına qarşı çıxmaqdan qismən geri çəkilməsindən sonra, Əhərdə rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları 31 gündən sonra “Asena” adına doğum haqqında şəhadətnamə verib.

Məsələ ilə bağlı Asenanın anası F. Babapur Balamın Adı kampaniyasına danışıb.

F. Babapur  deyib: “Qızımız mayın 17-i 2025-ci ildə dünyaya gəlib və biz ona türkcə Asena adını seçmişik. Biz övladımıza sənəd almaq üçün müraciət edəndə Əhər Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları bizə bu adın “İcazə verilən adlar siyahısı”nda olmadığı üçün ona doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini bildirmişdilər. Biz bu ada əvvəllər sənəd verildiyini bildirsək də onlar bizə bu məsələyə Tehranda qərar verildiyini dedilər. Biz məcbur olub Əhərin Vətəndaşlıq Qeydiyyatı İdarəsindən məhkəməyə şikayət ərizəsi verdik. Ancaq iş məhkəməyə qalmadan, bizim Balamın Adı kampaniyasına müraciətimizdən və Urmu millət vəkilinin etirazından sonra senaya doğum haqqında şəhadətnamə verildi.”

Qeyd edək ki, İranda Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəsmiləri uşaqlarına türk adı seçən valideynləri bu qərardan daşındırmaq üçün müxtəlif süründürməçilik üsullarından və süni yaradılmış bürokratik əngəllərdən istifadə edirlər.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …