Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Əhalinin əmlakının müsadirəsi davam edir: Molla rejimin Məhkəmə sistemi yüzlərlə şəxsin hesab və əmlakını bloklayıb

GADTB: İran İslam Respublikası Məhkəmə Sisteminin “casusluq” və ya “İsrail və düşmən ölkələrlə əməkdaşlıq”da ittiham etdiyi şəxslərin əmlaklarının geniş miqyasda müsadirə edilməsi və bank hesablarının bloklanması barədə məlumat yayılıb.

Məhkəmə Sisteminə bağlı Mizan xəbər agentliyi bildirib ki, Tehranda 143 daşınmaz əmlak və digər aktiv müsadirə olunub. İranın müxtəlif bölgələrində isə ümumilikdə təxminən 240 əmlak müsadirəsi həyata keçirilib. Qurum həmçinin 182 bank hesabının bloklandığını açıqlayıb. Yayılan məlumatlarda təqib olunan şəxslərin sayının 249 nəfərə çatdığı bildirilsə də, Məhkəmə Sistemi tərəfindən təqdim olunan statistik məlumatlar tam şəkildə bir-biri ilə uyğun gəlmir.

Mizan bütün işlərlə bağlı məhkəmə təfərrüatlarını təqdim etmədən, bu şəxsləri “xainlər” və “asılı ünsürlər” kimi ifadələrlə xarakterizə edib. İttihamlar məhkəmədə sübuta yetirilməmişdən əvvəl belə ifadələrin işlədilməsi təqsirsizlik prezumpsiyasının pozulması və məhkəmə sistemindən siyasi məqsədlər üçün istifadə edilməsi ilə bağlı narahatlıqları artırır.

Müharibədən sonra daha sərt təhlükəsizlik qanunlarının qəbul edilməsindən etibarən “düşmənlə əməkdaşlıq” kimi ittihamlarla həbslər, ağır hökmlər və əmlak müsadirələri dalğası genişlənib. Tənqidçilər bu prosesi İran İslam Respublikasında daxili repressiyaların daha da gücləndirilməsinin bir hissəsi kimi qiymətləndirirlər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …