Çərşənbə , Oktyabr 28 2026
azfa

“Əl-Əhvaz Azadlıq Hərəkatı” başçılarında Əhməd Mövla Nisi terror edilib

GADTB-nin Mətbuat Mərkəzinin xarici mətbuata istinadən yaydığı məlumata görə, Əhməd Mövla Əbu Nahiz Hollandiyanın Haaqa şəhərində güllələnib. Məlumata görə, terror hadisəsi noyabrın 8-i axşam saat 17-də baş verib. Naməlum silahlı şəxslər, ailəsi ilə birlikdə Haaqa şəhərində yaşayan Əhməd Mövla Nisiyə yaşadığı evin qarşısında səssiz tapançadan bir neçə dəfə atəş açıblar. Başından və sinəsindən 3 güllə yarası alan 54 yaşlı Ə.Nisi dərhal ölüb. Terrorçular hadisə yerindən qaça biliblər.

Terror aktından sonra Əhməd Mövla Nisinin ailəsi polisə açıqlamasında terrorun İranın kəşfiyyat orqanlarının əməkdaşları  tərəfindən törədildiyini bildiriblər.

Qeyd edək ki, İran rejimi Ə.Nisinin başçılarından olan bu qrupu silhalı əməliyyatda, günhasız əhalinin ölümündə, eləcə də Əhvazda neft borusunda iki partlayışda ittiham edirdi.

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …