Çərşənbə , Oktyabr 21 2026
azfa

Əl-Əhvaz etirazlarına dəstək verən 6 azərbaycanlı fəal mühakimə olunacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində iyulun 24-də əl-Əhvaz etirazlarına dəstək məqsədilə yaxalanan 6 azərbaycanlı fəallın cinayət işi Təbrizdə rejimin şəhid Mədəni Cinayət Məhkəməsinin 111-ci şöbəsinə göndərilib.

Məhkəmənin elektron sistemində yayılan məlumata görə Nadir Sadiqiani, Yusif Sələhşur, Vəhid Əbhəri, Əmir Səttari, Şahin Bərzgər və Məhəmməd Mərdinin məhkəmə işinin bir hissəsi bir hissəsinin həmin məhkəməyə göndərildiyi qeyd olunur.

Göndərilən bildirişdə qeyd olunur ki, onların hansı tarixdə müraciət etmələri ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə etiraz aksiyası keçirilmişdi və çox sayda azərbaycanlı fəal həmin etirazlarda yaxalanmışdı.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …